ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmilərindən olan Karen Donfried Türkiyənin Finlandiya və İsveçin NATO üzvlüyünə etirazları ilə bağlı diqqətçəkən açıqlama verib.
Medianews.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə müşaviri Donfried Türkiyə, Finlandiya və İsveç arasında qısa zamanda müsbət həllin tapılacağına ümid etdiklərini bildirib. Senatın Xarici Əlaqələr Komitəsinin dünənki iclasında çıxış edən Donfried, bu həftənin əvvəlində tərəflər arasında aparılan danışıqların konstruktiv keçdiyini ifadə edərək, “bu məsələnin müsbət həll olunacağına əminik. Finlandiya və İsveçin NATO müttəfiqliyində iştirakına böyük və dərin dəstək var”,-deyə bildirib.
Donfrid qeyd edib ki, Birləşmiş Ştatlar NATO-nun gələn həftə keçiriləcək sammitinə qədər ortaq mövqe tutmaq üçün səylərini davam etdirəcək.
Qeyd edək ki, Türkiyə PKK-ya verdiyi dəstək və iki ölkənin silah embarqosuna görə Finlandiya və İsveçin NATO üzvlüyünə veto qoyacağını açıqlamışdı. Bu məsələnin gələn həftə Madriddə keçiriləcək NATO sammitinin ən mühüm gündəmlərindən biri olacağı gözlənilir.
Leyla, Medianews.az