Sosial mediada yayılan görüntülərdə alov və obyektdən qara tüstü qalxmazdan əvvəl pilotsuz uçuş aparatın (PUA) obyektə doğru uçduğu görülüb.
Medianews.az xəbər verir ki, TASS agentliyinin yerli hökumətdəki adı açıqlanmayan mənbəsinə əsaslanan məlumata görə, PUA-lardan biri neft emalı zavodunun istilik ötürmə qurğusuna çırpılıb.
Reuters mövzu ilə bağlı xəbəri və sosial mediadakı görüntüləri təsdiq edə bilməyib. Neft emalı zavodunun rəsmiləri hələlik sualları cavablandırmayıb.
İnterfaks xəbər agentliyinin verdiyi xəbərə görə, yanğın söndürülüb.
Fövqəladə hallar rəsmiləri yanğın nəticəsində heç kimin xəsarət almadığını desələr də, obyektin illik 7,5 milyon ton məhsuldarlığa malik olduğu bildirilib.
Leyla, Medianews.az