Əfqanıstanda 6,1 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, ölkəni ələ keçirən Talibanın Təbii Fəlakətlər Nazirliyindən Mohammed Nasim Hakkani bildirib ki, təbii fəlakət nəticəsində ölən və yaralananlar var, məsələ ilə bağlı araşdırmalar davam edir.
Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələni Pakistan, Əfqanıstan və Hindistanda 119 milyon insanın hiss etdiyini açıqlayıb.
Səlahiyyətlilər araşdırmalar nəticəsində ən azı 255 nəfərin öldüyünü bildiriblər. Ölənlərin çoxunun Paktika bölgəsində qeydə alındığı bildirilsə də, Hakkani ən az 250 nəfərin yaralandığı açıqlanıb.
Xost və Nangarhar bölgələrində də ölüm və dağıntıların baş verdiyi bildirilsə də, bölgədə araşdırmaların davam etdiyi və geniş açıqlamanın daha sonra veriləcəyi açıqlanıb.
Leyla, Medianews.az