Fevralın 24-dən Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya prezidenti Vladimir Putinin 4,5 milyard dollarlıq şəbəkəyə sahib olduğu iddia edilib .
Medianews.az xəbər verir ki, The Guardian-ın xüsusi xəbərində dəbdəbəli villalar, üzüm bağları və yaxtaların da yer aldığı kooperativin izlərinin tapıldığı ortaya çıxıb. Bildirilib ki, bu aktiv və daşınmaz əmlak sahibləri Rusiya lideri Putinin oliqarxları və dostları tərəfindən bir araya gətirilib. Yazışmalara görə, Putinin yaratdığı bu “kooperativin” həcmi 4,5 milyard dollar səviyyəsindədir .
Sənədlər və qeydlər dərc olunarkən, müxtəlif şəxslərə, şirkətlərə və xeyriyyə təşkilatlarına məxsus bütün bu əmlak və aktivlər LLCInvest.ru adlı internet saytında qeydiyyatdan keçdiyi görünür. Yazışmalarda bu qurumun yüksək vəzifəli şəxsləri də bildirirdilər ki, “əgər bu aktivlər və daşınmaz əmlak vahid qurumun tabeliyində olsaydı, onu idarə etmək xeyli çətinləşərdi”.
İllərdir Rusiya prezidenti Putinin öz əlaqələri vasitəsilə gizli şəkildə daşınmaz əmlak və sərvət əldə etdiyi iddia edilsə də, bu iddialar həmişə təkzib edilib. Rəsmi açıqlamalara görə, Rusiya lideri Putinin Sankt-Peterburqda kiçik mənzili, sovet dövründən qalma iki maşını, qarajı və qoşqusu var.
Leyla, Medianews.az