NATO-nun üçtərəfli zirvə toplantısına Türkiyə, İsveç və Finlandiyadan yüksək səviyyəli adlar qatılıb. NATO-nun Brüsseldəki mənzil-qərargahında keçirilən görüşlərdən sonra NATO-nun bəyanatında danışıqların “konstruktiv” keçdiyi və yeni görüşlərin keçiriləcəyi bildirilərkən, bəzi mənbələr yeni detallar verib.
Medianews.az xəbər verir ki, gələn həftə Madriddə keçiriləcək ənənəvi NATO sammiti ərəfəsində yaranmış problemləri aradan qaldırmağa çalışsa da, ittifaq indiyədək bu danışıqlarda heç bir irəliləyişə nail ola bilməyib. Al-Monitor mediasına danışan bəzi mənbələr Türkiyə nümayəndə heyətinin İsveç və Finlandiyadan geri çəkilmədiyini bildiriblər. Mənbələr Türkiyənin İsveç və Finlandiyadan terror təşkilatı PKK-nın uzantısı olan YPG-yə dəstəyi dayandırmalarını istəyiblər. Digər tərəfdən, FETÖ terror təşkilatı ilə mübarizəyə önəm verildiyi və bu iki ölkə ilə əməkdaşlıq tələb edildiyi də bildirilib.
Türkiyə nümayəndə heyətinin rəhbəri İbrahim Kalının NATO-nun Madrid sammitini son tarix kimi görmədiyi də bildirilib. Mənbə Al-Monitor-a deyib: “Türkiyə səlahiyyətliləri üzvlüklə bağlı dəqiq bir perspektiv təqdim etməyib və çox güman ki, Madriddə nəticə əldə edilməyəcək”.
Qeyd edək ki, sammitdə İsveç və Finlandiyanın iştirak edəcəyi və bu iki ölkənin üzvlüyünün 30 ölkə tərəfindən ratifikasiya ediləcəyi gözlənilirdi.
Leyla, Medianews.az