Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət edən insan haqları təşkilatları Əfqanıstanda qadınların səyahət hüququnu əngəlləyən Taliban rəhbərlərinə səyahət qadağası qoyulmasını tələb edib.
Medianews.az xəbər verir ki, bir çox təşkilat əfqan qadınlarının hətta evlərini tərk etməsinə mane olan Taliban hərəkatının ən azı ölkədən çıxışına qadağa qoyulmalı olduğunu vurğulayıb.
BMT Təhlükəsizlik Şurasının bu həftə Taliban liderlərinin səyahət qadağasının uzadılmasını müzakirə edəcəyi gözlənilir.
Xatırladaq ki, Taliban liderlərinə səfər qadağası əsasən üç il əvvəl Talibanla davam edən sülh danışıqlarına görə dayandırılmışdı. Human Rights Watch, xüsusilə qadınlara qarşı təzyiqlərdə rolu olan Taliban rəsmilərinin səyahət qadağası siyahısına daxil edilməsini istədiklərini bildirib.
Qeyd edəək ki, hakimiyyətə gələn kimi əfqan qadınlarına təzyiqləri artıran Taliban, qadınların kişi qohumları olmadan səyahətinə qadağa qoyub, açıq yerlərdə üzlərini örtməyi məcbur edib, qızların orta məktəbdən sonra məktəbə getməsinə mane olub.
Leyla, Medianews.az