Qırğızıstan-Tacikistan sərhədində qarşıdurma baş verib. Qırğızıstan sərhədçilərinin verdiyi açıqlamaya görə, 1 tacik sərhədçisi həlak olub, 3 nəfər isə yaralanıb.
Medianews.az xəbər verir ki, Qırğızıstandan verilən açıqlamada hadisə ilə bağlı sərhəd komandirləri və yerli qubernatorların danışıqlar apardığı bildirilib.
Qeyd edək ki, tacik mənbələri və Qırğızıstan sərhədçiləri tərəfindən verilən açıqlamaya görə, iyunun 3-də Tacikistanın İsfara yaxınlığındakı Kex bölgəsində sərhədçilər arasında toqquşma baş verib və 3 qırğız əsgəri yaralanıb.
Leyla, Medianews.az