Polşanın keçmiş müdafiə və xarici işlər naziri, hazırda Avropa Parlamentinin (AP) üzvü olan Radoslav Sikorski deyib ki, müstəqilliyini bərpa etmək üçün Ukraynaya nüvə silahı verilməlidir.
Medianews.az xəbər verir ki, Ukraynadakı vəziyyəti yaxından izlədiklərini ifadə edən Sikorski bildirib: “1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından sonra Ukraynanın nüvə potensialından imtina etdiyi məlumdur. O vaxt hamı başa düşürdü ki, Ukrayna sovet dövründə müəyyən edilmiş sərhədlər daxilində müstəqil ölkəyə çevriləcək. Lakin Rusiya bu Budapeşt Memorandumunu pozduğuna görə, mən hesab edirəm ki, bizim Qərb olaraq Ukraynanı nüvə müharibəsində dəstəkləmək haqqımız var”.
Sikorski bildirib ki, Putinin NATO ərazisinə nüvə silahı ilə hücum etməyə cəsarət edəcəyini düşünmür.
“Çıxışlardan başqa hazırda bu istiqamətdə heç bir hazırlıq görmürəm. Rusiyada xüsusi hazırlanmış anbarlarda saxlanılan bir neçə min taktiki döyüş başlığı var. Biz müttəfiqlərimizlə bağlı vəziyyəti diqqətlə izləyirik”, – deyə o bildirib.
Leyla, Medianews.az