Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət investisiya fondu Abu Dhabi Development Holding (ADQ) Türkiyənin “Birgi Mefar” dərman şirkətini satın alır.
Medinanews.az xəbər verir ki, bu barədə Əbu-Dabi hökumətinin rəsmi Twitter hesabında məlumat verilib.
Qeyd edək ki, 1963-cü ildə Adnan Birgi tərəfindən Birgi Sanayi A.Ş.-nin qurulması ilə başlayan və daha sonra böyüyən Qrup indi istehsal, paylama və xidmət bölmələrini birləşdirir. Qrup 2011-ci ilin iyununda Ethemba Capital və Stage Capital tərəfindən alınıb.
Xatırladaq ki, Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan 2021-ci ilin noyabrında Ankarada Prezident Ərdoğanı ziyarət etmiş və iki ölkə arasında ticarət, enerji və ətraf mühit sahələrində əməkdaşlığı inkişaf etdirəcək anlaşma memorandumları, həmçinin Türkiyəyə birbaşa investisiyaları əhatə edən sazişlər imzalanmışdır.
Leyla, Medinanews.az