Medianews.az
Binə və Sədərəkdə əməliyyat keçirildi
53 baxış

Binə və Sədərəkdə əməliyyat keçirildi

Hüquq-mühafizə orqanları xarici ölkələrdən Azərbaycana mal idxal edən bir sıra şirkətlərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Sfera.az-ın məlumatına görə, əməliyyat Bakı şəhər Qaradağ rayonu ərazisində yerləşən Binə və Sədərək ticarət mərkəzlərinin müxtəlif şirkətlərə icarəyə verilmiş anbarlarını əhatə edib.  
Belə ki, hüquq-mühafizə orqanları ölkəyə idxal edilən malların vergidən yayındırılması, sənədlərin saxtalaşdırılması və s şübhələrlə özəl şirkətlərdə axtarışlar həyata keçirib. Əməliyyatla bağlı ictimaiyyətə geniş məlumatın veriləcəyi gözlənilir.

Bizə qoşulun