Azərbaycanda kütləvi zəhərlənmə qeydə alınıb.
Hadisə Şəmkir rayonunun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb. Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər. Hazırda fakt araşdırılır.