Xüsusilə Avropada narahatlıq yaradan meymun çiçəyi virusu daha bir ölkədə yayılıb.
Medianews.az xəbər verir ki, Yunanıstanda meymun çiçəyi virusuna ilk yoluxma halı aşkarlanıb.
Ölkənin milli səhiyyə qurumu tərəfindən edilən açıqlamada qeyd olunub ki, bir müddət əvvəl Portuqaliyaya səfər edən xəstə müayinələr üçün xəstəxanada saxlanılıb və vəziyyəti yaxşıdır.
Qeyd edək ki, meymun çiçəyi virusu bu günə qədər endemik olmayan 30-dan çox ölkədə müşahidə edilmişdir. Xəstəliklərin sayı xüsusilə Avropada sürətlə artır.
Yaxın təmasla keçən xəstəlik çiçək xəstəliyinə bənzər hərarət, baş ağrısı və dərin səpgilər şəklində özünü göstərir.
Leyla, Medianews.az