Bazar, 3 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

“Bu görüşdən çıxan nəticə odur ki, əsəb müharibəsi davam edəcək”- Elçin Mirzəbəyli

XƏYALƏ
08/06/2022 20:04
A A
40
BAXIŞ
FacebookTwitterTelegram

Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov 7-8 iyun tarixlərində Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində keçirilən görüşlərdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub. Onların müzakirə etdiyi məsələlər hansılardır?

Görüşü Medianews.az-a şərh edən politoloq Elçin Mirzəbəyli bildirdi ki, Rusiya-Ukrayna münasibətlərinin yoluna qoyulmasında Türkiyənin rolu böyükdür:

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri və həmkarı Mövlud Çavuşoğlu ilə görüşündən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər Ankara ilə Moskva arasında, yalnız mövcud geosiyasi reallıqlar çərçivəsində mühüm əhəmiyyət kəsb etməyən məsələlərdən uzlaşmanın əldə olunduğunu söyləməyə əsas verir. Bu, ilk növbədə Rusiya-Ukrayna dialoqunun Türkiyənin vasitəçiliyi ilə davam etdirilməsi təşəbbüsünə yanaşmada özünü büruzə verir”.

E.Mirzəbəyli bildirdi ki, Rusiya Ukraynanın günahkar olduğunu diqqətə çatdırmaqda maraqlıdır:
“Mövlud Çavuşoğlunun mətbuat konfransında “Rusiya və Ukrayna arasında dialoqa qayıtmaq üçün zəmin yarandığını” dilə gətirməsi, həm Kiyev, həm Moskva, həm də Avropa İttifaqı tərəfindən belə bir istəyin olduğu ehtimalını yaradır. Doğrudur, Çavuşoğlu bunu Ukrayna Prezidenti Vladimir Zelenskinin son açıqlamaları və Türkiyənin səyləri əlaqələndirib. Amma Lavrovun açıqlamaları Moskvanın da, mahiyyət etibarilə dialoqun davam etdirilməsində maraqlı olduğunu təsdiqləyir. Baxmayaraq ki, Rusiyanın Xarici İşlər Naziri danışıqlar prosesinin pozulmasında Ukrayna tərəfinin günahkar olduğunu diqqətə çatdırmağa çalışır. Rusiya XİN rəhbərinin qənaətinə görə, Zelenski Putinlə görüş xatirinə görüş istəyir və gündə bir fikrə düşür”.

Elçin Mirzəbəylinin sözlərinə görə, Rusiya Ukraynanın şərtlərə münasibət bildirməsini istəyir:
““Zelenski bəyan edib ki, danışıqları Rusiya öz hərbi kontingentini 24 fevrala qədərki xəttə geri çəkərsə, bərpa edəcək. Bu, tamamilə qeyri-ciddi yanaşmadır. Sözügedən məsələ həm də İstanbulda martın 29-da Ukrayna nümayəndə heyətinin irəli sürdüyü təşəbbüslərlə ziddiyyət təşkil edir. Belə bəyanatları biz hər gün dəfələrlə müşahidə edirik. Hesab edirik ki, danışıqlar komandasının işini bərpa etmək üçün top iki aya yaxındır ki, Ukrayna tərəfindədir. Aprel ayında biz öz təkliflərimizi Ukrayna tərəfinə təqdim etmişik. Lakin bu günə kimi onlardan cavab ala bilməmişik. Göründüyü kimi, Rusiya dialoqun davam etdirilməsi üçün Ukraynanın Moskvanın şərtlərinə münasibət bildirməsini istəyir. Son günlər Avropa İttifaqının ərzaq böhranı ilə bağlı yaratdığı ajiotaj və transmilli medianın bu istiqamətdə apardığı təbliğat belə düşünməyə əsas verir ki, Ukrayna şərtlərin bir qismi ilə razılaşmaq məcburiyyətində qalıb və Kiyevin geri çəkilməsində həm Vaşinqtonun, həm də Brüsselin müəyyən rolu var”.
Politoloq bildirdi ki, Ukrayna taxılının dünyaya çıxarılması üçün ölkələrin razılığa gəlməsi lazımdır:
“Lavrovun səfərində diqqət çəkən məqamlardan biri də Ukrayna taxılının dünya bazarına çıxarılması ilə bağlıdır. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə plan mövcuddur, bu mexanizm Türkiyəni qane edir, lakin həm Rusiya, həm də Ukrayna tərəfinin də bu plana razılıq verməsi lazımdır”.
Elçin Mirzəbəyli bildirdi ki, Rusiya taxıl böhranı ilə dünya ölkələrini sıxışdırmaq istəyir:
“Amma Lavrovun açıqlamalarından belə anlaşılır ki, Moskva bu prosesdə BMT, Türkiyə və Ukraynanın birbaşa iştirakını arzulamır. Rusiya XİN rəhbərinin yanaşmasına görə, bu məsələdə yalnız əməkdaşlıq mümkündür, təhlükəsizliyə isə Moskva təminat verəcək. Kreml bununla bütün təzyiq mexanizmlərini, istənilən an işə salmaq üçün öz əlində cəmləməyə çalışır və qərbi mövcud status-kvo ilə barışmağa məcbur etmək istəyir. Şübhəsiz ki, qərb liderlərinin ərzaq böhranı ilə bağlı həyacanlı bəyanatları da buna əsas verir. Moskva yaxın prespektivdə Ukrayna ilə bağlı bütün məsələlərdə tərəf kimi yalnız özünü gördüyünü diqqətə çatdırmaq istəyir ki, bu da rəsmi Ankaranı heç cür qane edə bilməz”.
Siyasətçinin sözlərinə görə, Türkiyə müharibənin dayandırılması üçün diplomatik addımlar atır:“Türkiyə xarici işlər nazirinin açıqlamasından da göründüyü kimi, qardaş ölkənin nə Rusiyanın, nə də Ukraynanın, Qərbin iddiaları ilə barışmaq niyyəti yoxdur. Ankara müstəqil siyasət yürütmək niyyətindən əl çəkməyəcək və indiki şəraitdə Türkiyənin istənilən addımı, Avrasiya məkanında qüvvələr nisbətini dəyişə bilər. Bu xüsusda Türkiyənin digər tərəflər Ankaranın rolunu sonunadək dərk edənə kimi manevrlərini daha geniş bir müstəvidə davam etidirəcəyini düşünürəm. Əsəb müharibəsi davam edəcək”.

Zərif Ülvizadə
Medianews.az

Tags: Elçin MirzəbəyliSergey Lavrov və Mövlud Çavuşoğlu görüşü

DAHA ÇOX OXU

export

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

03/07/2022
export

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

03/07/2022
Cəmiyyət

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

03/07/2022
Dünya

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

03/07/2022
Analiz

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

03/07/2022
Dünya

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

03/07/2022
SON XƏBƏR

“Zəngəzur dəhlizi”nin işə salınacağına yaxın tarixdə şahidlik edə biləcəyik- Deputat

Rusiya Türkiyə qarşısında geri çəkilir: Ərdoğan Putinə şans verəcəkmi

Avropa çempionumuz: “Başqa ölkə adından çıxış etmək istəməkdə problem yoxdur” - MÜSAHİBƏ

Xəbər lenti

Qazax Psixiatriya Xəstəxanasında xəstələrin həyatı təhlükə altına düşüb – FOTO, VİDEO

2022/07/03 12:43

Azərbaycanda Təcili Tibbi Yardım Şöbəsinin sürücüsü bıçaqlanıb

2022/07/03 12:40

Hava proqnozu AÇIQLANDI: İyulun 5-dək…

2022/07/03 12:33

3 gün əvvəl dövlətə xəyanətə görə həbs edilən rusiyalı alim öldü

2022/07/03 12:26

Beşinci doza vaksin vurulacaq? – Pfizerin baş direktorundan açıqlama

2022/07/03 12:13

Bu ölkədə könüllü hərbi xidmətə görə aylıq 323 avro veriləcək

2022/07/03 12:01

Ögey atadan dəhşətli əməllər: 2 il uşaqların üzərində siqareti söndürüb, üstlərinə qaynar su töküb, ac qoyub…

2022/07/03 11:48

Pakistan Silahlı Qüvvələrinin rəhbəri İran Prezidenti ilə görüşdü

2022/07/03 11:37

Azərbaycanda at fermasının sahibi həbs edildi

2022/07/03 11:24

“Pfizer”in baş direktoru pandemiyanın yeni dalğasının başladığını elan etdi

2022/07/03 11:11

Qəzada ölən arvadını iki il sonra televiziyada gördü şok oldu

2022/07/03 10:59

Dünən dəhşətli qəzada həlak olan Orxan, Sona və övladlarının VİDEOSU

2022/07/03 10:46

Toyuna 1 həftə qalmış nişanlısı tərəfindən döyülən azərbaycanlı müğənni

2022/07/03 10:33

Son aylarda kəskin narazılığa səbəb olan nazir İSTEFA VERDİ

2022/07/03 10:20

Hansı müğənninin əməliyyatdan sonra ombası çürüyüb?

2022/07/03 10:07

Günel TikTok-dan qazandığı məbləği açıqladı

2022/07/03 09:55

Aytac Amerikaya gedən həyat yoldaşı ilə ayrıldığını açıqladı

2022/07/03 09:43

“Akıncı”nın lazerli raket sınaqları uğurlu oldu – VİDEO

2022/07/03 09:31

Daha bir müəllim məzun günündə rəqsi ilə gündəm oldu- VİDEO

2022/07/03 09:16

Polis bayramı günü qəzada öldü- FOTO, VİDEO

2022/07/03 09:00

Parlamentin iclasına körpəsi ilə gələn deputat qalmaqala səbəb oldu – FOTOLAR

2022/07/03 08:10

Fırtına gəmini ikiyə böldü: 50-dən çox adam itkin düşüb – QORXUNC GÖRÜNTÜLƏR

2022/07/03 08:02

Yoldan keçən gənc qadını başından silahla vurdular – ANBAAN VİDEO

2022/07/03 07:56

DƏHŞƏTLİ GÖRÜNTÜLƏR: Köpəkbalığı 68 yaşlı qadını parça-parça etdi – VİDEO

2022/07/03 07:50

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.