Almaniyanın xarici işlər naziri Annalena Berbok Pakistan, Yunanıstan və Türkiyəyə bu gün başlayacaq və 10 iyuna qədər davam edəcək səfərləri öncəsi yazılı açıqlama verib.
Medianews.az xəbər verir ki, Berbok verdiyi açıqlamada söyləyib: “Mənim Türkiyəyə səfərim fərqlər yaradır. Heç bir ölkə ilə fərqli əlaqələri olmayan Türkiyə bizim vazkeçilməz tərəfdaşımızdır. Almaniyada milyonlarla ürək Almaniya və Türkiyə üçün döyünür. Mənim üçün bu ikiqat ürək döyüntüsü ikiqat güc deməkdir.
Hər yaxın münasibətdə olduğu kimi, Türk dostlarımızla NATO-nun əhəmiyyətini, Finlandiya və İsveçin qəbulu ilə NATO-nun gücləndirilməsini açıq şəkildə müzakirə edəcəyik”.
Berbok həmçinin ifadə azadlığı, insan haqları, Avropa Şurasının üzvü kimi öhdəliklərin yerinə yetirilməsi, xüsusilə Türkiyənin insanlara ümid verən vasitəçiliyi kimi bir çox məsələləri müzakirə edəcəyini bildirib.
Leyla, Medianews.az