Ukraynadakı müharibə ikili standartları üzə çıxarıb. Bura Yaxın Şərq deyil, burada niyə qan axır deyənlər də oldu. Ukraynada tökülən qanla Hələbdə tökülən qan bizim üçün eyni məna daşıyır.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlığı Təşkilatının XİN başçılarının İslamabadda keçirilən 48-ci iclasında çıxışı zamanı deyib.
O əlavə edib ki, Çində uyğur türkləri dini və milli kimliklərini qorumaqda çətinlik çəkir, müsəlmanların ən çox yaşadığı ölkələrdən biri olan Hindistanda isə baş örtüyü qadağası var.