“Bu günlərdə biz Ukrayna ətrafında gərginləşən həyəcanlı vəziyyətin şahidi oluruq. Ukrayna Azərbaycanlıları Radasının İdarə Heyətinin üzvləri bəyan edirlər ki, biz hər zaman Ukrayna xalqının yanındayıq, Ukrayna bizim üçün müqəddəsdir, Ukrayna bizim Vətənimizdir!”.
Bu sözləri Medianews.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Radasının icraçı direktoru Ceyhun Məmmədov bildirib. O, qeyd edib ki, Ukraynanın Azərbaycan diasporu təcavüzkarın Ukraynanın bütövlüyünə qəsd etmək planlarını əbədi olaraq dəf etmək üçün Ukraynanı bütün mümkün vasitələrlə dəstəkləməyə və qorumağa hazır olduğunu bəyan edir. Biz birlikdə güclüyük və qalib gələcəyik.
Medianews.az