Medianews.az
Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO
574 baxış

Azərbaycanda dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq - FOTO

    Dünyanın ən hündür bayraq dirəyi hazırlanır. Türkiyə KİV-nə istinadən xəbər veririk ki, layihəni Türkiyənin “Çimtaş” şirkəti həyata keçirəcək. Belə ki, Azərbaycanın paytaxtı, küləklər şəhəri adlandırılan Bakıda quraşdırılacaq dünyanın ən hündür bayraq dirək platformasının ümumi hündürlüyü 191 metr olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq. İstehsalına 2021-ci ilin sentyabrında başlanan və daxili hissələrlə təchiz edilmiş bayraq dirəyinin Çimtaş şirkəti tərəfindən 2022-ci ilin aprel ayında Xəzər dənizi vasitəsilə daşınması gözlənilir.

Bizə qoşulun