Serbiyalı televiziya aparıcısı Katarina Sreçkoviçdən Belqradın “Partizan” və “Srvena Zvezda” klublarının oyunu zamanı meydançanın kənarından uzaqlaşmasını xahiş ediblər.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, klub nümayəndələrinin fikrincə, qız xarici görünüşu oyun zamanı futbolçuların diqqətini özünə cəlb edib: “Bu mənimlə bağlı ilk hadisə deyil. Məndən artıq ikinci dəfədir onların diqqətini cəlb etdiyimə görə meydançadan uzaqlaşmağımı xahiş edirlər. Hətta oyunçular da şikayət ediblər ki, mənə görə oyunda fikirlərini cəmləşdirə bilmirlər”.
Bu gözəl qız “Srvena Zvezda” klubunun fanatlarından biri sayılır və klubun telekanalında futbol şousu aparır. O, üzləşdiyi insidentə görə işini itirəcəyindən ehtiyat edir.
Belqradın “Partizan” və “Srvena Zvezda” komandaları arasındakı oyun Serbiyada ən prinsipial qarşılaşma hesab olunur. Son derbi “partizanlar”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
http://s019.radikal.ru/i640/1411/04/e80e652a8794.jpg
http://s020.radikal.ru/i704/1411/98/d176704ea953.jpg
http://s019.radikal.ru/i636/1411/6f/7d590224e08e.jpg
http://s016.radikal.ru/i336/1411/eb/892b5841bc68.jpg
http://s51.radikal.ru/i131/1411/ff/c5ed9c11cce3.jpg