Medianews.az
Məktəblilər müəllimlərə qarşı
86 baxış

Məktəblilər müəllimlərə qarşı saxta videolar YAYDILAR – VİDEO

Rusiyada şagirdlər müəllimləri hədəf alan saxta videolar hazırlayıb.

Medianews.az xəbər verir ki, hadisə Yujno-Saxalinskdə baş verib.

Onlar sosial şəbəkədə feyk hesab açaraq, montaj edilmiş “xəbər süjetləri” yayıblar. Videolarda müəllimlərin real fotolar istifadə olunub, kadrarxası səs və yazılar müəllimləri “pedofil” adlandırıb.

Müəllimlərdən biri bildirib ki, bu materiallar onun şərəf və ləyaqətini alçaldır, həmçinin həmkarlarına qarşı kompromat yaratmaq üçün onun şəkillərindən istifadə olunur. Videolar məktəbli çatlarında geniş yayılıb. 

16 aprel tarixində müəllim hüquqşünasla birlikdə böhtan və şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı regional İstintaq Komitəsinə müraciət edib. Hazırda istintaq aparılır.

Medianews.az

Bizə qoşulun