Medianews.az
7 yaşlı uşaq internat məktəbində dəyənəklə döyülüb
675 baxış

7 yaşlı uşaq internat məktəbində dəyənəklə döyülüb

17201 Suraxanı rayonunda yerləşən Sağlamlıq imkanları məhdud uşaqlar üçün 7 nömrəli xüsusi internat məktəbində 7 yaşlı uşağı dubinka ilə döyüblər. İnternat evindəki mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək. Daxili İşlər Nazirliyi məsələdən xəbərdardır. Gün ərzində hadisə araşdırılacaq və ətraflı məlumat veriləcək. Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib. http://s43.radikal.ru/i101/1405/1f/b94f76f33db6.jpg http://s018.radikal.ru/i515/1405/fc/2d0a96477718.jpg http://s020.radikal.ru/i715/1405/78/4cdaa00ee6ea.jpg

Bizə qoşulun