“Türkiyənin ayağına ilişən bütün maneələri aradan qaldıracağıq”.
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan rəqiblərinə mühüm mesajlar göndərib.
ANS PRESS-in məlumatına görə, baş nazir həm “paralel hökümət”ə, həm də müxalifətə sərt sözlər ünvanlayıb: “Türkiyədə son qruplaşma paralel qruplaşmadır. Türkiyənin ayağına ilişən bütün maneələri aradan qaldıracağıq. 17 dekabr əməliyyatları və 30 mart seçiminin müxalifəti yenidən dəyişdirəcəyini, müxalifəti Türkiyə səviyyəsi ilə birləşdirəcəyininə dair ümidlərimiz var”.
Qeyd edək ki, Türkiyədə yaxınlaşan prezident seçkilərində hazırkı baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürəcəyi iddia olunur. Ərdoğanın postuna isə Türkiyə xarici işlər naziri Əhməd Davudoğlunun keçə biləcəyi vurğulanır.