Ukraynanın Dövlət işlər idarəsi keçmiş prezident Viktor Yanukoviçin Kiyev vilayətinin Brovarski rayonundakı “Zalesya” dövlət villasına “səyahət” edib. Modern.az saytı Ukrayna KİV-lərinə istinadən bildirir ki, ərazidə taxtadan ikimərtəbəli kürsülü ev, çiçək ləki formasında üçbaşlı əsa, göl, eləcə də 24 baş zubr (vəhşi buğa), iki minə yaxın maral, yüzlərlə qaban, cüyür və xallı maralın saxlanıldığı 16 hektar ərazi var. Rezidensiyaya 2,7 min nəfər işçinin xidmət etdiyi bildirilir. Evin içərisi “Mejiqorya”dakı rezidensiyadan fərqli olaraq daha səliqəlidir, mebel var. Orada iş kabineti, yataq, qonaq otağı var, zirzəmidə şərab anbarı yerləşir. Şkafda hüquqi məzmunlu kitablar, Yelena Pçilkanın və Qriqori Ckovorodının əsərləri, tarixi ədəbiyyat, Konstitusiya tapmaq olar. Digər bir şkafda xüsusi geyimlər var.
Ukraynanın Dövlət işlər idarəsinin rəhbəri Sergey Averçenko hesab edir ki, Yanukoviçin keçmiş rezidensiyasını milli təbiət parkı etmək lazımdır. Averçenko həm də hesab edir ki, həmin taxta evdən xarici nümayəndələr üçün rezidensiya kimi istifadə etmək,olar.
“2009-cu ildə prezident Viktor Yuşşenko “Zalesya”nın milli parka çevrilməsi haqda göstəriş verib. Ancaq Dövlət işlər idarəsi bu göstərişin reallaşmasına imkan verməyib”, – bunu Kiyev ekologiya-mədəniyyət mərkəzinin direktoru Vladimir Boreyko deyib. Onun sözlərinə görə, rezidensiyanın ətrafına 60 kilometrlik hasarın çəkilməsinə 2012-ci ildə dövlət büdcəsindən 7 milyon qrivna sərf olunub.
Yerli meşəçilərin sözlərinə görə, nə Yanukoviç, nə də başqası heç vaxt “Zalesya”nın ərazisində ov etməyib.
Qeyd edək ki, “Zalesya” dövlət villası sovet vaxtından qalıb. Əvvəllər burada SSRİ-nin ali partiya rəhbərləri – Nikita Xruşşov, Leonid Brejnev, Vladimir Şerbitski, hətta Kubanın keçmiş rəhbəri Fidel Kastro da ov ediblər.
http://s005.radikal.ru/i209/1404/e7/ced194805dec.jpg
http://i062.radikal.ru/1404/4c/b5c29eb1f888.jpg
http://s020.radikal.ru/i721/1404/26/faad64591ed0.jpg
http://s006.radikal.ru/i213/1404/ce/a17dfb220c6e.jpg
http://i056.radikal.ru/1404/70/bc980cc4e1d1.jpg
http://s020.radikal.ru/i722/1404/d4/a600e133ba94.jpg