Medianews.az
Heç bilirsizmi? (FOTO)
672 baxış

Heç bilirsizmi? (FOTO)

sual Bəzən hər gün qarşılaşdığımız elə əşyalar və canlılar var ki, onların fərqliliyini hiss etsək də, dərinliklərinə varmırıq. Sözün düzü, bu faktlar maraqlı olsalar da. bilməsək də olar. Amma öyrənsək heç nəyi itirmirik. ANS PRESS bəzi maraqlı məqamları oxucularımızın diqqətinə çatdırır. İsveçrə frankı Dünyada dövriyyədə olan pul vahidlərindən fərqli olaraq İsveçrə frankının qiyməti qalxıb-enmir. Bu ölkənin əskinazları ölçüsünə görə bir-birindən fərqlənir. Məsələn, 10 franklıq əskinaz 126 mm, 20 franklıq əskinaz 137 mm, 1000 franklıq əskinaz isə 181 mm-dir. Əskinazların eni isə eyni ölçüdədir – 74 mm. İsveçrə frankı 1850-ci ildən dövriyyədədir. Fərziyyəyə görə, əskinazın adı fransız dilindəki “franc” sözündən götürülmüşdür ki, bu da sadiq, səmimi mənalarını verir. İsveçrənin pul əskinazları ölkənin dörd rəsmi dilində (fransız, alman, italyan və roman) çap olunur. “Doktorski” kolbasası İlk dəfə bu kolbasalar 1938-ci ildə hazırlanıb. Yeni tərkibli kolbasaların hazırlanmasından məqsəd piylənmənin qarşısını almaq olub. Klassik tərkibə əsasən bu kolbasalar 25% yüksək keyfiyyətli mal ətindən, 25% yağsız donuz ətindən, 45% yarıyağlı donuz ətindən, 3% toyuq ətindən, 2% quru süddən və bir neçə ədvədən ibarət olmalı idi. İncə səs İnsan heliumu içəri çəkdikdə səsi dəyişikliyə məruz qalır. Bunun əsas səbəbi heliumun sıxlığının havanın sıxlığından yeddi dəfə az olmasıdır. O, səs tellərinə daha az yükləndiyindən boğazdan çıxan səs daha incə olur. Sıxlığı havadan beş dəfə çox olan florit turşusu ilə nəfəs aldıqda qadınların səsi qalınlaşır. Qara ekran Smartfonların ekranı, adətən qara rəngdə olur. Bunun əsas səbəbi maye halında olan kristalların işığı özünə çəkməsidir. Maye kristallar adi halda pərakəndə şəkildə yerləşən uzunsov molekullardan ibarətdir. Bunun üçün də onlar əşyanın qeyri-şəfaf olmasına səbəb olur. Onlara elektrik qoşduqda isə molekullar verilən istiqamətdə düzülür ki, bu da əşyanın parlaq olmasına səbəb olur. Smartfon telefonların ekranında işıq diodlarından ibarət panel olur ki, işığı özündən buraxmaqla maye kristallarının görüntünü formaya salmasına səbəb olur. Telefon söndürüldükdə isə maye kristallar bağlanır və işığı özünə çəkir. Bunun üçün də telefonların ekranı qara olur. Yanğınsöndürən vedrəsi Yəqin ki, yanğınsöndürən vedrələri görmüsünüz. Onların altının nə üçün konus şəklində olduğu barədə düşünmüsünüz? Belə vedrələri su ilə dolu hovuz və ya quyuya salmaq daha rahatdır. Bu vedrələrlə şaxtalı havada buzu da sındırmaq asan olur. Vedrələrin bu formada olmasının üstünlüyü bununla məhdudlaşmır. Konus formasında olan vedrələrlə su daşıdıqda su itkisinə daha az yol verilir, odun üzərinə atdıqda da su ətrafa çox az yayılır və əldən ələ daha tez ötürülür. Yanğınsöndürən vedrələrin belə formada olması məişətdə istifadəsini yararsız etdiyindən oğurlanmasına şərait yaratmır. Onu da qeyd edək ki, konus formasında olan yanğınsöndürən vedrələrdən yalnız Rusiyada istifadə olunur. Su qovuğu Su qaynadıqca qovuqların yarandığını yəqin ki, görmüş, lakin bunun necə yaranması barədə heç düşünməmisiniz. Qovuqlar sudan deyil, sudakı buxardan yaranır. Su qaynamağa başladıqda yaranan yüksək enerji molekulların bir-birindən aralanmasına və qaza çevrilməsinə səbəb olur. Bu prosesdə yalnız bir-birinə yaxın olan molekullar iştirak etmir. Bunun üçün də qovuqlar qabın divar və dibində daha çox artmağa başlayır. Uzaqgörənlər Qartalların uzaq məsafədən tükü-tükdən seçə bilməsi hər kəsə məlumdur. Bəs bu uzağı görən quşlar yaxını görə bilirmi? Məməlilərin görmə qabiliyyəti yaş dövründən asılı olaraq hansısa dəyişikliyə məruz qalırsa, quşlarda da bu, müşahidə olunur. Lakin əgər ova çıxan qartal və qrif kimi quşlar uzağı görən olmasa, sözün əsl mənasında acından ölər. Uzaqdan görmək onlara ovunu müəyyən etməklə bərabər, hansı istiqamətdən yaxınlaşmalı olduqlarına da kömək edir.  

Bizə qoşulun