Medianews.az
 Viktor Yanukoviç Rostovda bəyanatla çıxış etdi (VİDEO)
674 baxış

Viktor Yanukoviç Rostovda bəyanatla çıxış etdi (VİDEO)

yanukovic bnm,   Viktor Yanukoviçin bəyanatı cəmi bir neçə dəqiqə çəkdi. O, Ukraynada baş verənləri "çevriliş" adlandırdı və Qərbi yeni hakimiyyəti dəstəkləməməyə çağırdı. Viktor Yanukoviç bəyan etdi ki, ABŞ Konqresi, Senatı və Ali Məhkəməsinə Ukraynada baş verənlərə hüquqi qiymət verilməsi üçün müraciət etmək niyyətindədir.
Viktor Yanukoviç bəyan edib ki, Ukraynanın legitim prezidenti və silahlı qüvvələrin ali baş komandanıdır: “Mən qaçmamışam. Hökumət binaları radikallar tərəfindən ələ keçiriləndə mən Ukraynada - Xarkovda, Donetskdə və Krımda olmuşam. Çevriliş zamanı mən Ukraynanı tərk etməməşəm. Şərait yaranan kimi ölkəyə qayıdacam”.
Viktor Yanukoviç bəyanatına özü barədə yayılmış şayiələrə münasibət bildirməklə başlayıb: "Mən sağam. Özümü yaxşı hiss etdiyimi deyə bilmərəm. Ukraynada baş verənləri narahatlıqla izləyirəm".   http://youtu.be/U2_fqaxcDdo ***   Bu dəqiqələrdə Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviç Rusiyanın Rostov şəhərində yeni açıqlama ilə çıxış edir. Mətbuat konfransı “VertolEkspo” sərgi mərkəzinin “Ametist” zalında təşkil olunub. Rusiyanın “RT” telekanalının yayımlayadığı brinfinqi canlı olaraq  izləyə bilərsiniz. Xatırladaq ki, ölkəni tərk etdikdən sonra V.Yanukoviç ilk dəfə mətbuat qarşısına fevralın 28-də Rostov şəhərində çıxıb. O zaman V. Yanukoviç Ukraynadakı böhranı fəlakat adlandıraraq Kiyev rəsmilərinə ölkədəki qanunsuzluqlara son qoymağa çağırıb və özünü qanuni prezident saydığını bəyan edib. Bakupost.az http://youtu.be/U2_fqaxcDdo

Bizə qoşulun