Medianews.az
“Barselona” zəif komandaya uduzdu - VİDEO
553 baxış

“Barselona” zəif komandaya uduzdu - VİDEO

messi uzgun İspaniya La Liqasının nəhənglərindən biri hesab edilən Kataloniyanın “Barselona” futbolçuları yenə öz pərəstişkarlarını məyus edib və ölkə çempionatında 26 xalla 17-ci yerdə qərarlaşan “Valladolid”ə 0-1 minimal hesabı ilə uduzub. Qolu isə ilk hissənin 17-ci dəqiqəsində Fausto Rossi vurub. Bundan sonra isə ta oyunun son dəqiqələrindək hücuma keçən barselonalılar çempionatında özləri üçün vacib olan 3 xalı qazana bilməyiblər. Xatırladaq ki, La Liqada ilk yerdə qərarlaşan “Real Madrid” “Barselona”dan 1 xal artıq toplayıb. İndi madridlilərin 64 xalı və ehtiyatda olan 1 oyunu var. http://youtu.be/d_g91lHg4AA

Bizə qoşulun