Medianews.az
Çində dünyanın ən qədim tarixə malik pendiri tapıldı.
753 baxış

Çində dünyanın ən qədim tarixə malik pendiri tapıldı.

mumya_pendir 3800 illik pendir bir mumyanın içinde gizledilibmiş… Çində 3800 illik bir mumya məzarlığı tapan arxeoloqlar tabutların içində səliqəli şəkildə yerləşdirilmiş pendir parçaları olduğunu görüblər. Taklamakan Çölündə tapılan məzarların yanına qoyulan pendir parçalarının bu insanların o biri dünyadan ləzzət almaları məqsədilə qoyulduğu güman edilir.. Bununla da Miladdan 6000 il əvvəl də pendir istehsal olunduğunu müəyyən olunub. Alimlər ilk dəfə belə bir tarixi pendir nümunəsi tapmış olduğunu bildiriblər. ”Journal of Archaeological Science” jurnalında dərc olunan məlumatda ,mumyaların icində olan tabutların mal-qara dərisinə büküldüyü bildirilir. Dəri ilə büküldüyü üçün hava keçirməyən tabutların içindəki pendirlər az xarab olub. Mumyaların sinə və boyun hissəsinə yerləşdirilmiş pendir parçalarınin kimyəvi tərkibinin kəfirlə oxşarlığının olduğu bildirilir.  Tərcümə elədi: Ayişə Əhmədova

Bizə qoşulun