Medianews.az
Uşaqlar naziri yıxdılar
111 baxış

Uşaqlar naziri yıxdılar

 

 

 

 

Britaniyanın əmək naziri Keyt Vaz dünən Leçester şəhərindəki məhəllələrin birində inşa edilmiş yeni uşaq-əyləncə kompleksinin təntənəli açılış mərasiminə qatılmışdı. Milli.az “The Guardian”a istinadən bildirir ki, uşaqlarla əylənmək fikrinə düşən nazir fırlanğıca oturub və balacalarla birlikdə fırlanmağa başlayıb. Lakin əyləncə nazirin burnundan gəlib. O, ağzı üstə qumluğa yıxılıb.

 

Ayağa duran nazir pərt olsa da gülümsəyib və yenidən oturub. Lakin uşaqlar yenə bərk fırlanıblar və nazir ikinci dəfə yıxılıb. “Belə əyləncə daha çox balaca vətəndaşlar üçün olduğundan mən duruş gətirə bilmədim” - nazir gülərək deyib.

Bizə qoşulun