ABŞ-nin dövlət borcu 31,27 trilyon dollara çataraq 31,22 trilyon dollarlıq Ümumi Daxili Məhsulu (ÜDM) geridə qoydu və 100,2%-ə yüksəldi.
Medianews.az xəbər verir ki, bu, İkinci Dünya müharibəsindən sonra ilk dəfə borcun iqtisadiyyatı üstələməsi kimi qiymətləndirilir.
Məlumata görə, 31 mart tarixinə dövlət borcu 31,27 trilyon dollar, illik nominal ÜDM isə 31,22 trilyon dollar olub. Beləliklə, borcun ÜDM-ə nisbəti 100%-i aşaraq kritik səviyyəni keçib.
Mütəxəssislər vəziyyəti “güclü siqnal” adlandırır. Qeyd olunur ki, borc tarixi orta göstəricidən təxminən iki dəfə yüksəkdir və artımın əsas səbəbi gecikdirilən siyasi qərarlardır.
Borc nisbətinin müharibədən sonrakı 106%-lik rekordu keçə biləcəyi bildirilir. Bu dəfə artımın səbəbi qlobal böhran deyil, maliyyə intizamının zəifliyidir.
Yüksək borcun faizləri artırdığı, iqtisadi artımı zəiflətdiyi və inflyasiya təzyiqini gücləndirdiyi vurğulanır. Problemin həlli üçün borc artımının dayandırılması və təxminən 10 trilyon dollarlıq büdcə kəsirinin azaldılması vacib sayılır.
Beynəlxalq agentliklər də artan borcun ölkənin kredit reytinqi üçün risk yaratdığını bildirir. ABŞ-nin ümumi borcunun isə təxminən 39 trilyon dollara çatdığı qeyd olunur.
Medianews.az