Medianews.az
Media azadlığı: ilk onluq, başqaları
58 baxış

Media azadlığı: ilk onluq, başqaları

Mayın 3-ü Mətbuat Azadlığı Günüdür. BMT-nin 1993-cü ildə irəli sürdüyü təşəbbüs əsasında qeyd edilən həmin gün ərəfəsində media azadlığı indeksi açıqlanıb.

Medianews.az bildirir ki, mərkəzi qərargahı Parisdə yerləşən “Sərhədsiz reportyorlar” beynəlxalq təşkilatı 180 ölkənin salındığı reytinq siyahısında ilk onluğu belə göstərir: Norveç, Niderland, Estoniya, Danimarka, İsveç, Finlandiya, İrlandiya, İsveçrə, Lüksemburq, Portuqaliya.

Almaniya 14-cü, Böyük Britaniya 18-ci, Kanada 20-ci, Fransa 25-ci, İspaniya 29-cu, İtaliya 56-cı, Yaponiya 62-ci, ABŞ 64-cü, İsrail 116-cı, Hindistan 157-ci, Çin 178-ci pillədə yer alır.

Medianews.az

Bizə qoşulun