Medianews.az
5 il gizlədilən qətl –
66 baxış

5 il gizlədilən qətl – Bir yaşlı uşaqlarını vəhşicəsinə ÖLDÜRDÜLƏR

Rusiyada valideynlər bir yaşlı oğullarını vəhşicəsinə öldürüblər.

Medianews.az xəbər verir ki, faciə 2020-ci ilin sentyabrında Krasnodarda baş verib.

Onlar uşağı meşəyə apararaq qətlə yetirib və meyiti orada qoyub. Cinayətin motivi kimi maddi çətinliklər və uşağa baxmaq istəməmələri göstərilir.

Hadisə uzun müddət gizli qalıb və yalnız 2025-ci ildə sosial xidmətlərin yoxlaması zamanı üzə çıxıb. Valideynlərdən uşağın taleyi ilə bağlı aydın cavab almaq mümkün olmayıb.

Məhkəmənin qərarına əsasən, hər iki şəxs əvvəlcədən razılaşma ilə azyaşlının qəsdən qətlində təqsirli bilinib. Qadın 15 il, kişi isə 14 il azadlıqdan məhrum edilib.

Medianews.az

Bizə qoşulun