Medianews.az
Beynin qocalmasını 3 dəfə sürətləndirdiyiniz bilsəniz, bir də dilinizə belə vurmayacaqsınız
111 baxış

Beynin qocalmasını 3 dəfə sürətləndirdiyiniz bilsəniz, bir də dilinizə belə vurmayacaqsınız

"Hətta az miqdarda alkoqolun müntəzəm qəbulu beynin vaxtından əvvəl qocalmasına səbəb olur. Onun sözlərinə görə, bu proses gizli gedir və insan uzun müddət fərqinə varmır. Amma nəticə kifayət qədər ağır olur"


Demokrat.az xəbər verir ki, bunu rusiyalı narkoloq Andrey Tyurin deyib. O bildirib ki, spirtli içkilərin davamlı istifadəsi beynin yaşa bağlı atrofiya prosesini iki-üç dəfə sürətləndirir. Bu isə o deməkdir ki, 40 yaşlı insanın beyni MRT müayinəsində 60 yaşlı şəxsinki kimi görünə bilər.

Tyurin vurğulayıb ki, etanol birbaşa neyrotoksin sayılır. Zaman keçdikcə sinir hüceyrələrini məhv edir. Xüsusilə yaddaş və emosiyaların tənzimlənməsinə cavabdeh olan hipokamp daha çox zərər görür.

Onun sözlərinə görə, alkoqol beyində ağ maddəni də zədələyir. Bu isə siqnalların ötürülməsini zəiflədir. Nəticədə reaksiyalar ləngiyir, koordinasiya pozulur, eyni anda bir neçə işi idarə etmək çətinləşir. Bu problemlər təkcə sərxoş vəziyyətdə deyil, ayıq vaxtlarda da özünü göstərə bilir.

Narkoloq əlavə edib ki, gündəlik olaraq hətta bir qədəh şərab və ya bir butulka pivə qəbul edən insanlarda 5-6 il ərzində ağ maddənin bütövlüyü 15-20 faiz azalır. Bu isə damar mənşəli demensiyaya aparan yol hesab olunur.

Həkim onu da diqqətə çatdırıb ki, alkoqol telomerlərin qısalmasını sürətləndirir. Bu göstərici bioloji yaşın əsas markerlərindən sayılır. Paralel olaraq gənc neyronların məhvi sürətlənir, nəticədə öyrənmə qabiliyyəti zəifləyir, dəyişikliklərə uyğunlaşma çətinləşir, səbəbsiz əhval dəyişiklikləri yaranır.

Tyurin daha əvvəl də gündəlik vərdişlərin alkoqol asılılığına gətirib çıxara biləcəyini demişdi. O, xüsusilə stressi spirtli içki ilə azaltmaq cəhdlərini riskli davranış kimi qiymətləndirib.

Bizə qoşulun