Medianews.az
2 yaşlı uşaq
91 baxış
Yüklə

2 yaşlı uşaq insan qalıqları TAPDI

Böyük Britaniyada 2 yaşlı uşaq qumda oynayarkən insan sümükləri tapıb.

Medianews.az xəbər verir ki, hadisə ötən ilin oktyabrında, Şimal Devon bölgəsindəki Sonton-Sends çimərliyində baş verib, lakin təfərrüatlar indi açıqlanıb.

Anası əvvəlcə bunun heyvan sümükləri olduğunu düşünsə də, şəkilləri mütəxəssislərə göndərdikdən sonra qalıqların insana aid olduğu təsdiqlənib. Polis araşdırma apararaq sümüklərin dənizdə faciəvi şəkildə həlak olmuş bir dənizçiyə məxsus ola biləcəyini bildirib.

Arxeoloqlar yaxın aylarda qalıqları analiz edərək həmin şəxsin yaşı və mənşəyini müəyyən etməyə çalışacaqlar.

Medianews.az

Bizə qoşulun