Medianews.az
2 hakimimiz
116 baxış

2 hakimimiz dünya çempionatında

Dünya Güləş Birliyi (UWW) böyüklər arasında dünya çempionatında iştirak edəcək hakimləri müəyyənləşdirib.

Oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək mundialda 46 ölkədən 71 referi ədaləti qoruyacaq.

Onlar arasında hakimlərimiz də yer alacaq. I-S dərəcəli referilərimizdən Asif Şirəliyev və Sədi Quliyev məsul yarışda ölkəmizi təmsil edəcək./“Qafqazinfo”

Bizə qoşulun