ABŞ Prezidenti Donald Tramp Şimali Karolinadakı "Fort Bragg" hərbi bazasında ölkəsinin xüsusi təyinatlı qüvvələrinin Venesuelanın ələ keçirilməsində iştirak edən əsgərlərlə görüş zamanı yaxın gələcəkdə Venesuelaya səfər edə biləcəyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Tramp səfərin dəqiq tarixini bildirməsə də, bu addımın ABŞ-dən Venesuelaya son səfərlərdən bəri ilk səviyyədə prezident səfəri ola biləcəyini vurğulayıb.
Bu səfər, baş tutarsa o vaxtkı Prezident Bill Klintonun 1997-ci ildəki rəsmi təmasından bəri ABŞ-dən Venesuelaya ilk prezident səviyyəsində səfər olacaq.
Tramp çıxışı zamanı ABŞ və Venesuela arasında “yaxşı münasibətlər” olduğunu qeyd edib və neft sektorunda əməkdaşlığa dair planlardan danışıb. O bildirib ki, ABŞ neft şirkətləri ölkədə fəaliyyət göstərə, neft çıxara və satışdan gəlir əldə edə bilərlər.
Trampın səfər planı və Venesuela ilə əlaqələr ABŞ-Latin Amerika münasibətlərində yeni mərhələ ola bilər və bu, regional enerji bazarlarına da təsir göstərə bilər.
Qeyd edək ki, ABŞ-nin xüsusi təyinatlı qüvvələri 3 yanvar 2026-cı ildə Karakasda həyata keçirilən genişmiqyaslı hərbi əməliyyat zamanı Maduro və onun həyat yoldaşını ələ keçirərək ABŞ-yə gətiriblər. Maduro hazırda federal ittihamlarla Nyu-Yorkda məhkəmə qarşısına çıxarılıb və ittihamları rədd edib.
Bu əməliyyat “Operation Absolute Resolve” adı ilə tanınır və Tramp tərəfindən ABŞ hərbi qüvvələrinin gücünü göstərən strateji addım kimi qiymətləndirilib. ABŞ rəhbərliyi Maduronu “qanuni şəkildə məsuliyyətə cəlb olunmalı” şəxs kimi təqdim edir.
Medianews.az