Medianews.az
"Kimisə bıçaqlamalıyam" deyib 16 yaşlı qıza hücum etdi -
56 baxış

"Kimisə bıçaqlamalıyam" deyib 16 yaşlı qıza hücum etdi - ANBAAN VİDEO

Türkiyənin İğdır şəhərində baş verən bıçaqlı hücum hadisəsi hər kəsi şoka salıb. 

Medianews.az xəbər verir ki, 23 yaşlı gənc oğlan öz yolu ilə gedən 16 yaşlı qıza bıçaqla hücum edib 

Rəfiqələri ilə birlikdə hərəkət edən 16 yaşlı yeniyetmə əks istiqamətdən gələn oğlanın hücumuna məruz qalıb. Şübhəli yeniyetməni qarın nahiyəsindən bıçaqlayıb.

Ətrafdakı şəxslərin məlumat verməsindən sonra yaralı təcili tibbi yardım briqadası tərəfindən İğdır Dr. Nevruz Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsindən sonra D.B.-nin vəziyyətinin stabil olduğu bildirilib.

Hadisədən sonra saxlanılan Y.B. ilkin ifadəsində zərərçəkmişi tanımadığını bildirib. O, səhər evdən çıxarkən kimisə bıçaqlamaq niyyəti ilə hərəkət etdiyini və qarşısına çıxan şəxsi hədəf seçdiyini deyib.

Faktla bağlı “qəsdən adam öldürməyə cəhd” maddəsi ilə cinayət işi açılıb. Y.B. məhkəmənin qərarı ilə həbs edilib.

Hadisə anı ərazidəki təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. İstintaq davam edir.

Medianews.az

Bizə qoşulun