ABŞ-li məşhur reper Cardi B Kaliforniyada keçirilən konsert zamanı etdiyi açıqlamalarla gündəmə gəlib.
Medianews.az xəbər verir ki, sənətçi çıxışı zamanı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsinin (ICE) əməliyyatlarını sərt tənqid edib.
Səhnədən tamaşaçılara müraciət edən reper, “Əgər ICE bura gələrsə, biz onlara hücum edəcəyik. Onlar mənim pərəstişkarlarımı ala bilməzlər” deyə bildirib. Onun bu sözləri sosial şəbəkələrdə qısa müddətdə geniş yayılıb və müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı United States Department of Homeland Security rəsmi X hesabında paylaşım edib.

Bu cavab reperin 2019-cu ildə yayılmış və geniş mübahisələr doğurmuş açıqlamalarına işarə kimi qiymətləndirilib. Həmin vaxt sənətçi karyerasının əvvəlində striptizçi kimi işlədiyini, bəzi kişiləri hotellərə dəvət edərək onlardan pul aldığını etiraf etmişdi. Daha sonra o, bu addımları “yaşamaq üçün məcburiyyət” kimi izah etmiş və bununla fəxr etmədiyini demişdi.

Departamentin paylaşımına səssiz qalmayan Cardi B bu dəfə müzakirəni başqa istiqamətə yönəldib.
O, X hesabında yazıb: “Əgər narkotikdən danışacağıqsa, gəlin yetkinlik yaşına çatmayan qızlara narkotik verən və onları istismar edən Cefri Epşteyn və onun tərəfdaşlarından danışaq. Niyə o sənədlər haqqında danışmaq istəmirsiniz?”
Qeyd edək ki, son həftələrdə ABŞ Ədliyyə Nazirliyi Epşteyn istintaqı ilə bağlı sənədlərin bir hissəsini ictimaiyyətə açıqlayıb. Dərc olunan materiallarda bir sıra tanınmış şəxslərin, o cümlədən ABŞ prezidenti Donald Trampın adının hallanması yenidən müzakirələrə yol açıb.
Hadisə ABŞ-da siyasi və ictimai debatların daha da qızışmasına səbəb olub.
Medianews.az