Medianews.az
Gölməçə daşdı, balıqlar yola səpələndi -
51 baxış

Gölməçə daşdı, balıqlar yola səpələndi - VİDEO

Türkiyənin Muğla vilayətinin Bodrum şəhərində yağan güclü leysan yağış qeyri-adi mənzərə yaradıb.

Medianews.az xəbər verir ki, yağışın şiddətlənməsi nəticəsində Mustafa Kalem Parkındakı gölməçə daşıb və ətraf ərazilər qısa müddətdə su altında qalıb.

Daşqın sularının təsiri ilə gölməçədəki balıqlar asfalta yayılıb. Yolda çabalayan balıqları görən sakinlər təəccüb içində qalıblar.

Bəzi vətəndaşlar yolda qalan balıqları yenidən suya qaytarmaq üçün səfərbər olub. Digərləri isə balıqları toplayaraq ərazidən uzaqlaşdırıblar.

Hadisə anları yerli sakinlər tərəfindən mobil telefon kameraları ilə lentə  alınıb. 

Leysan yağış nəticəsində ərazidə qısa müddətli nəqliyyat çətinliyi yaransa da, xəsarət alan olmayıb.

Medianews.az

Bizə qoşulun