Türkiyəli aktrisa Beren Saatın yayımlanan yeni mahnısı müzakirələrə səbəb olub.
Medianews.az xəbər verir ki, “Capitalizoo” adlı əsərlə musiqi karyerasında yeni mərhələyə qədəm qoyan sənətçi tənqidlərdən də yan keçməyib.
Azərbaycanlı reper Asya Əlizadə sosial şəbəkədə paylaşım edərək mahnıya münasibət bildirib.
Asya Əlizadə “Beren Saat, bacı, mahnı yazma, mən də Bihter olmaq istəyirəm” sözləri ilə həm ifaya, həm də aktrisanın vaxtilə canlandırdığı məşhur obrazına eyham vurub.
Qeyd edək ki, Beren Saat aktyorluq karyerası ərzində “Hatırla Sevgili”, “Aşk-ı Memnu”, “Fatmagül’ün Suçu Ne?” və “İntikam” kimi məşhur seriallarda rol alıb. 2014-cü ildən etibarən müğənni Kenan Doğulu ilə evli olan aktrisa son dövrdə musiqi sahəsində də fəaliyyət göstərməyə başlayıb.
“Capitalizoo”nun yayımlanması ilə sosial mediada həm dəstək, həm də tənqid dolu rəylər artmaqdadır. Mövzu ilə bağlı tərəflərdən əlavə açıqlama verilməyib.
Medianews.az
