Medianews.az
Rəqs müəllimi  keçmiş sevgilisi tərəfindən öldürüldü -
55 baxış

Rəqs müəllimi keçmiş sevgilisi tərəfindən öldürüldü - VİDEO

Türkiyənin Bursa şəhərində 29 yaşlı rəqs müəllimi Gizem N. keçmiş sevgilisi tərəfindən silahlı hücuma məruz qalıb.

Medianews.az xəbər verir ki, hadisə saat 16:00 radələrində Nilüfer rayonunun 19 Mayıs məhəlləsində, Side küçəsində baş verib.

Özəl məktəbdə müasir rəqs müəllimi işləyən Gizem N. dərsdən sonra məktəbdən çıxaraq avtomobilinə minmək istəyib. Bu zaman onu izlədiyi bildirilən keçmiş sevgilisi G.G. tərəfindən arxadan atəş açılıb.

Kürəyindən vurulan müəllimə qan içində yerə yıxılıb. Hücumu törədən şəxs hadisə yerindən qaçıb.

Məlumat daxil olduqdan sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralıya ilkin tibbi yardım göstərilib və daha sonra müalicə üçün Uludağ Universiteti Xəstəxanasına aparılıb.

Hazırda Gizem N.-nin vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Polis qaçan şübhəli G.G.-nin saxlanılması üçün əməliyyat tədbirlərinə başlayıb. Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Okul çıkışında kanlı pusu: Gizem öğretmen sırtından vuruldu: Bursa’da dehşet anları - Resim : 1

Bizə qoşulun