Medianews.az
Havaya qalxmaq istəyən təyyarənin şassisi qırıldı -
61 baxış

Havaya qalxmaq istəyən təyyarənin şassisi qırıldı - Qorxunc GÖRÜNTÜLƏR

Antalya Hava Limanından Qaziantep istiqamətində uçuşa hazırlaşan "SunExpress" aviaşirkətinə məxsus sərnişin təyyarəsində ciddi texniki nasazlıq baş verib.

Medianews.az xəbər verir ki, məlumata görə, XQ7646 nömrəli reysi həyata keçirən təyyarənin eniş şassisində problem yaranıb.

Nasazlıq nəticəsində şassi dayağı sıradan çıxıb, qanad hissəsi zədələnib və təyyarə sola doğru əyilib. Həmçinin reaktiv mühərrikin uçuş-enmə zolağına dəydiyi bildirilir. Təyyarə müəyyən məsafə hərəkət etdikdən sonra dayandırılıb.

Hadisə zamanı göyərtədə 175 sərnişin və 6 heyət üzvü olub. Kapitan və kabin heyətinin operativ müdaxiləsi, eləcə də yerüstü xidmətlərin çevik fəaliyyəti nəticəsində sərnişinlər təhlükəsiz şəkildə təxliyə edilib. Ölən və ya ciddi xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun