Medianews.az
"17 yox, 18 qol!" -
104 baxış

"17 yox, 18 qol!" - Mbappe vurduğu qolları tək-tək sayır

Fransa millisinin hücumçusu Kilian Mbappe, DÇ-2026-nın 1/16 finalında İsveçə qarşı keçirilən oyundan (3:0) sonra onun qollarının sayını səhv salan jurnalistə dərhal reaksiya verib.

Medianews.az xəbər verir ki, müxbirin "DÇ-lərdə 17-ci qolunuzdur, deyəsən sizi dayandırmaq qeyri-mümkündür" sözlərinə Mbappe nəzakətlə müdaxilə edib.

“18. Bəli, artıq 18 qoldur. Əlbəttə, buna sevinirəm, amma ən əsası bu gün qalib gəlməyimizdir. İndi növbəti rəqibimiz olan Paraqvayla oyuna köklənməliyik”, - deyərək ulduz futbolçu cavab verib. 

Qeyd edək ki, İsveçlə oyunda dubl edən Mbappe, dünya çempionatları tarixinin ən məhsuldar oyunçuları siyahısında 18 qolla ikinci sıradadır. Birinci yerdə isə 19 qolla Argentina kapitanı Lionel Messi qərarlaşıb.

Fransa millisi 1/8 final mərhələsində iyulun 5-nə keçən gecə Paraqvayla qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun