İtaliyada 16 yaşlı yeniyetmə dondurma yedikdən sonra ölüb.
Medianews.az xəbər verir ki, faciə Neapol əyalətində baş verib.
Gənc dostları ilə kafeyə gedib və allergiyası olduğu süd zülalına qarşı xüsusi hazırlanmış dondurma sifariş edib. Lakin qısa müddət sonra onda kəskin allergik şok yaranıb.
O, evə aparılsa da, həkimlərin müdaxiləsinə baxmayaraq xilas etmək mümkün olmayıb. Polis hadisə ilə bağlı kafedə araşdırma aparır və dondurmanın hazırlanma prosesini yoxlayır.
Medianews.az
