Malayziyada bir kişi 13 kiloqramlıq pitonu iplə səhv salıb.
Medianews.az xəbər verir ki, hadisə noyabrın əvvəlində Tuaran şəhəri yaxınlığında baş verib.
50 yaşlı Ben Hafis bir səhər tezdən toyuq hininin yanında şübhəli səslər eşitdikdən sonra oyanıb. O, fənərlə toyuqlarını yoxlamağa gedib və hininin yanında qıvrılmış kəndirə bənzəyən bir şey görüb. O gördüyünü köhnə kəndir olduğunu zənn edib. Lakin sonra onun tərpəndiyini görüb. Bunun böyük bir piton olduğu ortaya çıxıb.
Hafis təşvişə düşüb və xilasediciləri çağırıb. Zəngdən 20 dəqiqə sonra gəliblər və 13 kiloqram, üç metr uzunluğunda ilanı gizləndiyi taxtaların altından sürətlə çıxarıblar. Daha sonra piton yaşayış yerlərindən uzaqda, təbii yaşayış mühitinə buraxılıb.
Medianews.az