Medianews.az
128 il yaşadı: Dünyanın ən yaşlı insanının uzunömürlülük sirri iki qidada imiş -
145 baxış

128 il yaşadı: Dünyanın ən yaşlı insanının uzunömürlülük sirri iki qidada imiş - FOTOLAR

128 il ömür sürən və “dünyanın ən yaşlı insanı” kimi tanınan cənubi afrikalı Johanna Mazibukonun uzunömürlülük sirri açıqlanıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, sağlam və uzun həyatının əsasını sadə qidalanma və təbii yaşam tərzi təşkil edir.

12 uşaqlı ailənin ən böyüyü olan Mazibuko uşaqlıqdan fermer həyatı sürüb və ciddi sağlamlıq problemləri yaşamayıb. O, ömrü boyu əsasən öz təsərrüfatlarında yetişdirilən məhsullarla qidalanıb. Xüsusilə iki qidanı — təzə süd və yabanı ispanağı gündəlik rasionundan heç vaxt çıxarmadığını bildirib.

Mazibuko təbii mühitdə yaşamağın, ailə dəyərlərinə önəm verməyin və stresssiz həyatın uzunömürlülükdə mühüm rol oynadığını vurğulayıb. Onun 7 övladı, onlardan 2-si sağ qalıb, 50 nəvəsi və nəticələri olub.

Johanna Mazibuko 11 may 1894-cü ildə anadan olub, 3 mart 2023-cü ildə vəfat edib.

Medianews.az

Bizə qoşulun