Medianews.az
Tramp Kanadaya yeni ultimatum verdi, yüksək rüsumlarla
54 baxış

Tramp Kanadaya yeni ultimatum verdi, yüksək rüsumlarla hədələdi

ABŞ Prezidenti Donald Tramp Kanadaya qarşı yeni ultimatum verib və onu yenidən böyük rüsumlarla hədələyib.

Oxu.Az-ın xəbərinə görə, Tramp bu barədə "Truth Social" hesabında açıqlama yayıb.

ABŞ lideri Kanada istehsalı olan bütün təyyarələr üçün sertifikatların ləğv olunduğunu elan edib:

"Kanadanın indiyə qədər istehsal olunmuş ən yaxşı və ən müasir təyyarələr arasında olan "Gulfstream"ın 500, 600, 700 və 800 modellərini sertifikatlaşdırmaqdan haqsız, qanunsuz və sərt şəkildə imtina etməsinə əsaslanaraq, biz də "Bombardier Global Express"in və bu ölkədə istehsal olunan bütün təyyarələrin sertifikasiyasını ləğv edirik. Ta ki böyük ABŞ şirkəti olan "Gulfstream" tam şəkildə sertifikat alana qədər (bu, illər əvvəl baş verməli idi) qadağamız davam edəcək".

Tramp Kanadanı məhz bu sertifikatlaşdırma prosesi səbəbindən öz ərazisində "Gulfstream" məhsullarının satışını faktiki olaraq qadağan etməkdə günahlandırıb:

"Əgər hər hansı bir səbəbdən bu vəziyyət dərhal düzəldilməsə, mən ABŞ-də satılan bütün təyyarələrə 50 faiz rüsum tətbiq edəcəyəm".

Bizə qoşulun