Məşhur "TikTok" ulduzu və "Beauty 2 the Streetz" xeyriyyə təşkilatının təsisçisi Şirli Reyns evində ölü tapılıb.
Publika.az xəbər verir ki, "Beauty 2 the Streetz" onun ölümünü sosial media hesabında elan edib.
58 yaşlı Şirlinin bacısının məlumatına görə, onun heç bir sağlamlıq problemi olmayıb. O, ölüm səbəbinin müəyyən edilməsi üçün bacısınını meyitinin yarılmağa göndərildiyini bildirib.
Qeyd edək ki, məlumata görə, Şirli Reyns həyatını başqalarına yardım etməyə həsr edib. O, Los-Anceles, Kaliforniya və Nevada ştatlarında evsizlərə müntəzəm olaraq etdiyi yardımlarla tanınıb.
