Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinə və işğal olunmuş bölgələrə həyata keçirilən yeni dron hücumları barədə açıqlama verib. O, Moskva Neft Emalı Zavodunun hədəf alındığını, həmçinin Rostov vilayətində və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində də bəzi obyektlərə zərbələr endirildiyini təsdiqləyib.
Medianews.az KONKRET.az-a istinadən xəbər verir ki, Zelenski bu hücumları Rusiya tərəfindən Ukrayna şəhərlərinə və icmalarına edilən zərbələrə cavab kimi qiymətləndirib. O, həmçinin müharibənin dayandırılmasının vacibliyini vurğulayaraq Rusiyanı diplomatik addımlar atmağa çağırıb.
Moskva meri Sergey Sobyanin şəhər istiqamətində uçan təxminən 180 dronun vurulduğunu bildirib.Məlumatlara görə, hücum nəticəsində Moskva Neft Emalı Zavodu və “Sadovod” ticarət mərkəzinin yaxınlığında yerləşən bəzi obyektlər zərər görüb.
Rusiya Nəqliyyat Nazirliyi isə təhlükəsizlik səbəbindən Moskvanın bütün hava limanlarında uçuşların müvəqqəti dayandırıldığını açıqlayıb.