Kardioloq Devid Min yüksək yüksək təzyiqdən əziyyət çəkənlər üçün ən faydalı dörd meyvənin adını açıqlayıb.
Medianews.az xəbər verir ki, həkimin siyahısına alma, avokado, qaragilə və portağal daxildir.
Meyvələrin möcüzəvi təsirləri:
Alma: Tərkibindəki yüksək lif və antioksidantlar sayəsində həm təzyiqi, həm də xolesterini normallaşdırır.
Avokado: Ürək üçün faydalı olan doymamış piylərlə zəngindir.
Qaragilə: Damarların sağlamlığını qorumağa birbaşa kömək edir.
Portağal: Tərkibindəki flavonoidlər təzyiqə və xolesterinə müsbət təsir göstərir, iltihab proseslərini azaldır.
Həkimin xəbərdarlıq edib ki, müntəzəm meyvə qəbulu infarkt, insult və ürək-damar xəstəliklərindən ölüm riskini azaldır.
Min onu da əlavə edib ki, ürək sağlamlığını qorumaq üçün təkcə meyvə yetərli deyil; balanslı qidalanmaq, aktiv olmaq, siqretdən uzaq durmaq və təzyiqi nəzarətdə saxlamaq şərtdir.
Medianews.az