Medianews.az
Yeraltı keçidlər özəlləşdiriləcək? -
134 baxış

Yeraltı keçidlər özəlləşdiriləcək? - Deputatdan AÇIQLAMA

Nəqliyyat eksperti Rauf Ağamirzəyev təklif edir ki, mövcud yeraltı keçidlərin bir hissəsinin təyinatına yenidən baxılması və onların kommersiya məqsədləri üçün istifadəyə verilməsi də müzakirə oluna bilər. Bu cür yanaşmalar artıq Gürcüstanın paytaxtı Tbilisidə və Avropanın bir çox ölkələrində uğurla tətbiq edilir. 

Medianews.az mövzu ilə bağlı deputat Vüqar Bayramov bildirib ki, belə bir praktika bir sıra ölkələrdə tətbiq olunur:

"Keçidlər, körpülər və bəzi infrastruktur obyektləri özəl sektorun idarəetməsinə verilir. Özəl sektor da həmin istiqamətdə infrastrukturun yenilənməsini həyata keçirir və təbii olaraq, həmin ərazilərdə müəyyən ödənişli xidmətlər təklif edir. Mən hesab edirəm ki, Azərbaycanda, xüsusən də keçidlərin özəl sektorun istifadəsinə verilməsinə ciddi ehtiyac yoxdur. Çünki bir tərəfdən ölkənin maliyyə imkanları infrastrukturun yenilənməsinə və mütəmadi təmirinə vəsait ayrılmasına şərait yaradır. Digər tərəfdən, son illərdə bu istiqamətdə dövlət büdcəsi hesabına kifayət qədər böyük həcmdə vəsait xərclənib. Sadəcə, nəzarətin gücləndirilməsinə, mövcud problemlərin aradan qaldırılmasına və bu məsələlərlə bağlı məlumatların daha geniş şəkildə ictimaiyyətə çatdırılmasına ehtiyac var. Bu prosesdə medianın rolu çox böyükdür. Çünki media bu cür halları işıqlandırdıqda, problemlərin daha qısa müddətdə aradan qaldırılması mümkün olur. Ona görə də düşünürəm ki, dövlətin mövcud maliyyə imkanları bu tip problemlər yarandığı zaman onların aradan qaldırılması üçün kifayət edir".(redaktor.az)

Bizə qoşulun