Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra istefa vermək niyyətindədir.
Zelenski bu barədə "Fox" telekanalına müsahibəsində bildirib.
"Münaqişə bitdikdən sonra istefa verəcəksinizmi" sualına Zelenski "bəli" cavabını verib.
Dekabrın 14-də Ukrayna prezidenti bəyan edib ki, təhlükəsizlik təmin olunarsa, ölkədə seçkilər keçirilməsinə dair qərar imzalamağa hazırdır.